<?xml version="1.0" encoding="UTF-8"?><song><lyrics>[V1]
 Göydən məni səsləyən, övlad kimi bəsləyən,
 Yerdə qayğıma qalan, Göylərə hazırlayan
 Xilaskarımız Rəbdir, Atamız Allahdır,
 Onun Adı Müqəddəs, Müqəddəsdir, Müqəddəs.

[V2]
 Həyatımın mənası Yaradanın Özüdür,
 Ürəyimin sevinci Allahımın Sözüdür.
 Adına iman edib qəlbimi verdim Ona,
 Onun Adı Müqəddəs, Müqəddəsdir, Müqəddəs.

[V3]
 Gecə- gündüz Nurundan ürəyimə nur saçır,
 Günəş kimi, Ay kimi qaranlıqları yarır.
 Öz uca Dərgahından ürəyimizə baxır,
 Onun Adı Müqəddəs, Müqəddəsdir, Müqəddəs.</lyrics>
<title>Göydən məni səsləyən İL26</title>
<hymn_number>26</hymn_number>
</song>